İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp daha bir düşmənindən intiqam alır

ABŞ-da federal prokurorlar ABŞ Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komiyə qarşı ittiham qaldırılması məsələsinə yaxınlaşıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Məsələ ilə tanış olan çoxsaylı mənbələr bildiriblər ki, qərar yaxın günlərdə qəbul oluna bilər.

Mümkün ittihamlar 2020-ci ildə Konqresə yalan ifadə vermək iddiaları ilə bağlıdır. Həmin ifadələr FTB-nin 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsini araşdırarkən istifadə etdiyi mənbələrlə əlaqəli olub. Bu iş üzrə beşillik müddət məhdudiyyəti isə gələn həftə başa çatır.

Bir neçə gün əvvəl sabiq prezident Donald Tramp baş prokuror Pəm Bondini Komi və digər şəxslərin fəaliyyətini araşdırmağa çağıraraq onları “tam günahkar” adlandırmışdı.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR