İnsanlara hürriyət, millətlərə istiqlal!

Ebru Gündeş boşandı

Türkiyəli müğənni Ebru Gündeşlə həyat yoldaşı Murat Özdemir boşanıb.

Musavat.com xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

"Böyük sevgi ilə qısa müddətdə qurduğumuz evliliyimizi fikir ayrılığı səbəbindən təəssüf ki, bitirmək qərarı aldıq. Evliliyimizi bitirmiş olsaq da, aramızdakı dostluq və sayğı həmişə qalacaq" deyə, Ebru Gündeş bildirib. 

Qeyd edək ki, Ebru bundan əvvəl iş adamı Reza Zərrabla evli olub. Onun bu nikahdan bir qız övladı var. 

İki dəfə evli olan Muradın isə 3 övladı var. 

Ebru Muratla 2024-cü ildə ailə qurub. Avqust ayında Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir saxlanılıb. O, Selahattin Yılmazın cinayətkar təşkilatına üzv olmaqda ittiham edilib.

 Bildirilib ki, Özdemir həmin dəstə ilə əlbir olaraq mütəşəkkil sənaye bölgəsinə basqın edib.

Könül
Musavat.com

Son dakika: Ebru Gündeş boşanıyor Kararı Instagramdan duyurdu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR