İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı parlamentari Azərbaycanla bağlı xatirələrindən DANIŞDI: "90-cı illərin əvvəlində..."

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Aamer Sarfraz ilk Azərbaycan-Britaniya siyasi dialoqunun açılışında çıxış edib.

Musavat.com xəbər verir ki, Sarfrazın sözlərinə görə, 1990-cı illərin əvvəlində onun atası Azərbaycanda investor olub və ailə tez-tez Bakıya səfər edirmiş.

“Mənim şəhərin bir çox tarixi məkanları ilə bağlı isti xatirələrim qalıb. Bu dialoqda iştirak etmək mənim üçün böyük şərəfdir”, - deyə o vurğulayıb.

Lord Sarfraz iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib:

“Bu əməkdaşlıq təkcə dövlət qurumları arasında deyil, həm də özəl şirkətlər və investorlar arasında genişlənməlidir. Süni intellekt sahəsində uğurlu layihələr mümkündür ki, bu da ikitərəfli əlaqələr üçün yeni imkanlar yaradacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR