İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya ilə danışıqlar nəticə verməsə belə, Ukrayna üçün NATO ölkələrinə silah satacaq

ABŞ administrasiyasındakı mənbəyə görə, Vaşinqton Rusiya ilə danışıqlar gözlənilən nəticəni verməsə belə, Ukrayna üçün NATO ölkələrinə silah satışını davam etdirəcək.

Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

“Məsələ diplomatik səylərin uğurla nəticələnməsində deyil — Tramp Ukraynaya yardım üçün NATO ölkələrinə silah satmaqda davam edəcək”, — deyə adının açıqlanmasını istəməyən amerikalı rəsmisi bildirib.

Onun sözlərinə görə, Trampın bəzi çıxışlarının bəzən “prorusiya” səslənməsi, ABŞ liderinin bunun Rusiya ilə razılaşma əldə etməyə kömək edəcəyinə inanması ilə bağlıdır.

“Əslində o, Putinə hələ də qəzəblidir. Bu vəziyyət onu bezdirib”, — deyə mənbə əlavə edib.

Həmin mənbə həmçinin qeyd edib ki, Tramp administrasiyasında son aylarda ümumi fikir odur ki, ABŞ və müttəfiqlər Rusiya iqtisadiyyatını bir neçə ay ərzində ciddi şəkildə zəiflədə bilərlər.

“Əgər tərəf seçmək məcburiyyətində qalsa, Tramp Rusiya iqtisadiyyatına zərbə vurmağa başlayacaq”, — deyə yüksək vəzifəli ABŞ rəsmisi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR