Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna rəhbərliyi ilə müharibəni bitirmək üçün danışıqlar apardığını bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Netanyahu ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Lakin Tramp konkret olaraq hansı siyasətçilərlə və hansı səviyyədə təmaslar qurduğunu açıqlamayıb.
Bununla belə, o, prosesin uğurla davam etdiyini və müəyyən irəliləyişlər əldə olunduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Tramp daha əvvəl də Ukrayna müharibəsinin onun prezidentliyi dövründə baş verməyəcəyini iddia etmişdi. O, bu dəfə də eyni mövqeyini bir daha vurğulayaraq, Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər o hakimiyyətdə olsaydı, nə Ukrayna müharibəsi, nə də Fələstin-İsrail münaqişəsi baş verərdi.
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ