İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Rusiyadan Alyaskaya tunel – maraqlı ideyadır” – VİDEO

ABŞ prezidenti Donald Tramp Rusiyadan Alyaskaya uzanan tunel layihəsini “maraqlı fikir” adlandırıb və bu məsələnin artıq gündəlikdə olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp Zelenski ilə görüş zamanı jurnalistlərin sualını cavablandırarkən belə deyib: “Bunun haqqında dünən danışdıq: Rusiyadan Alyaskaya tunel – maraqlı fikirdir”.

Daha sonra o, Ukrayna prezidentinə müraciət edərək soruşub: “Siz bu barədə nə düşünürsünüz, cənab prezident? Hər hansı ideyanız varmı? Bu düşüncəni necə qiymətləndirirsiniz?”

Volodimir Zelenski isə bu təklifə mənfi münasibət bildirib: “Mən bu fikrə o qədər də heyran deyiləm”.

Tramp Zelenskinin reaksiyasını şərh edərək əlavə edib: “Düşünmürəm ki, bu, onun xoşuna gəldi”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR