İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Tomahawk raketləri və göndərdiyimiz digər silahlar bizə də lazımdır” - VİDEO

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynaya göndərilən silahların, o cümlədən Tomahawk raketlərinin böyük hissəsi ABŞ ordusunun öz ehtiyacları üçün də vacibdir.

Musavat.com xəbər verir ki, Tramp bu barədə Zelenski ilə Ağ Evdə keçirilən görüş zamanı danışıb:

“Bu müharibəni bitirmək istəməyimizin səbəblərindən biri də budur ki, göndərdiyimiz silahlar bizə də lazımdır”, – deyə ABŞ prezidenti qeyd edib.

O əlavə edib ki, bu səbəbdən Vaşinqton silah tədarükü məsələsində ehtiyatlı davranır və anbar ehtiyatlarının azalmasını nəzərə alır. Tramp həmçinin bildirib ki, əsas məqsəd münaqişəni silah transferi olmadan sülh yolu ilə həll etməkdir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR