Onlayn ictimai-siyasi qəzet
ABŞ lideri Tomahawk məsələsinə də aydınlıq gətirdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, administrasiyası Ukrayna müharibəsinin uzunmüddətli və dayanıqlı həllinə nail olmağa çalışır və bu prosesin uğurla tamamlanacağına inanır.
Musavat.com xəbər verir ki, Tramp Rusiya və ABŞ arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitin ikitərəfli formatda nəzərdə tutulduğunu, lakin Ukrayna prezidenti Volodimir Zelenskinin də danışıqlara “əlaqə vasitəsilə qoşulacağını” deyib.
“Müharibəni Tomahawk vermədən bitirmək istəyirik”
Tramp Kiyevin silah tələbinə münasibət bildirərkən əlavə edib ki, münaqişəni Tomahawk raketlərini Kiyevə vermədən başa çatdırmağı planlaşdırır.
“Bu müharibəni bitirmək istəməyimizin səbəblərindən biri də budur ki, bizim üçün anbarlardan silah çıxarmaq asan deyil”, – deyə Tramp Zelenski ilə görüş zamanı vurğulayıb.
O həmçinin etiraf edib ki, Ukraynaya uzaqmənzilli zərbələr üçün icazə verilməsi “münaqişənin eskalasiyasına” səbəb ola bilər.
Çinlə görüşdə də Ukrayna gündəmdə olacaq
Tramp oktyabrın sonunda Çin Xalq Respublikasının lideri ilə planlaşdırılan görüşdə Ukrayna məsələsinin müzakirə olunacağını da bildirib. ABŞ prezidenti həmin vaxta qədər vəziyyətin sülh yolu ilə həllinə nail olacağına ümid etdiyini vurğulayıb.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ