Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Ukraynaya hərbi və iqtisadi yardımın davam etdiriləcəyini bildirib.
Musavat.com “The Times” nəşrinə istinadən xəbər verir ki, Tramp Rusiya Ukraynanı məğlub edəcəyi təqdirdə bütün məsuliyyətin onun üzərinə düşəcəyini düşünür.
Nəşr yazır ki, belə bir məğlubiyyət ABŞ-ın Əfqanıstandan “xaotik və alçaldıcı” şəkildə çıxmasına bənzədilə bilər. Tramp həmin çıxışı “ölkəmizin tarixindəki ən utancverici hadisə” adlandırmışdı.
Bununla belə, ukraynalı rəsmilər yeni silah tədarükünün planlaşdırılmadığını bildirirlər. Onların fikrincə, əgər yardım axını davam etməzsə, Ukraynanın mövcud silah ehtiyatları altı ay ərzində tükənə bilər.
Ekspertlərin fikrincə, Tramp siyasi imicini qorumaq və mümkün tənqidlərin qarşısını almaq üçün Ukraynaya yardımı müəyyən həddə saxlamaqda maraqlıdır.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ