Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyaya səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp Ağ Evdə jurnalistlərə Vitkoffun xarici səfərləri ilə bağlı sualı cavablandırarkən açıqlayıb:
"O, İsrailə, sonra isə inanırsız, ya yox, Rusiyaya gedir".
Bundan əvvəl ABŞ hökuməti Vitkoffun avqustun 1-də İsrailə, eləcə də Qəzza zolağına səfər edəcəyini açıqlamışdı. Tramp öz emissarının Rusiyaya gedəcəyi tarixləri dəqiqləşdirməyib. Lakin jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın iyulun 31-də Kiyevə vəhşi hücumunu pisləyib: "Rusiya... Məncə, onların etdikləri iyrəncdir. Bu, mənim deyil, Baydenin müharibəsidir. Məncə, Rusiyanın etdikləri çox kədərlidir. Bir çox ruslar, ukraynalılar ölür”.
Tramp həmçinin bir daha bəyan edib ki, Amerika administrasiyası 10 günlük müddətdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, baxmayaraq ki, bu, Ukrayna böhranının həlli ilə bağlı vəziyyətə ciddi təsir göstərməyə bilər, amma ABŞ dediyini edəcək: "Biz sanksiyalar tətbiq edəcəyik. Onun (Putinin-red.) sanksiyalardan narahat olub-olmadığını bilmirəm. Bilirsiniz, onlar sanksiyalardan xəbərdardırlar. Mən sanksiyalar, tariflər və başqa hər şey haqqında hamıdan yaxşı bilirəm. Bunun hansısa effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik".
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ