İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yenə Putindən danışdı: Çox, çox məyusam...

ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, xüsusi nümayəndəsi Stiven Vitkoffun Rusiya tərəfi ilə "çox sərt" olduğunu deyib və söz verdi ki, iki həftə ərzində Putinin həqiqətən müharibəni bitirmək istəyib-istəmədiyini "xəbər verəcək": "Bunu sizə deyə bilmərəm, lakin təxminən iki həftədən sonra sizə xəbər verəcəyəm. Onun (Putinin-red.) bizi nəyəsə sövq edib-etmədiyini çox yaxında biləcəyik - və belə olsa, bir az fərqli cavab verəcəyik"

Onun sözlərinə görə, Vitkoff "fenomenal iş görür" və "hazırda ruslara qarşı çox sərtdir": “Bir neçə gecə əvvəl baş verənlərdən çox məyus oldum, orada insanların danışıqlar deyilən işin ortasında öldürüldüyü yer. Çox, çox məyus oldum".
O, həmçinin bildirib ki, Ukrayna ilə bağlı “sövdələşməni pozmaq” istəmədiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etmir: "Yaxşı, sizə dəqiq deməyəcəm, amma sözlər öz sözünü deyir. Biz vəziyyətdən razı deyilik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

29 May 2025

BÜTÜN XƏBƏRLƏR