Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin sabiq prezidenti Donald Trampa atəş açan Tomas Metyu Kruks Klerton şəhərində (Pensilvaniya ştatı) yerləşən atıcılıq klubunun üzvü olub.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə atıcılıq klubunun prezidenti Bill Sellitto məlumat verib.
"Sözsüz ki, klub dünən baş vermiş zorakılıq aktını birmənalı olaraq pisləyir", - deyə o vurğulayıb.
Lakin atıcılıq klubunun rəhbərliyi hüquq-mühafizə orqanlarının hazırda araşdırma apardığını əsas gətirərək sözügedən mövzuda əlavə şərh verməkdən imtina edib.
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ