Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Texas ştatından olan konqresmen El Qrin prezident Donald Trampa qarşı impiçment prosedurunun başlanması üçün rəsmi rezolusiya irəli sürüb.
Musavat.com xəbər verir ki, konqresmen bu addımı ABŞ-ın İranda həyata keçirdiyi hava zərbələri ilə əlaqələndirib. Onun sözlərinə görə, Konqresin rəhbərliyi bu əməliyyatlardan əvvəl lazımi şəkildə məlumatlandırılmayıb, bu isə prezidentin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.
El Qrin qeyd edib ki, prezidentin belə taleyüklü hərbi qərarları Konqresdən yan keçməklə qəbul etməsi, ölkənin demokratik nəzarət mexanizmlərinə zərbə vurur və bu hal cavabsız qalmamalıdır.
Hazırda rezolusiyanın Konqresdə hansı dəstəyi alacağı məlum deyil. Lakin bu təşəbbüs Tramp ətrafında yaranmış siyasi gərginliyi bir qədər də artırıb.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ