İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Almaniyaya TƏKLİF: "Ukraynaya “Patriot” göndərin"

ABŞ prezidenti Donald Tramp Almaniyaya Ukraynaya bir batareya “Patriot” zenit-raket kompleksi verməyi təklif edib. Bu barədə “Axios” nəşri məlumat yayıb.

Musavat.com xəbər verir ki, Tramp bu təklifi dünya liderləri ilə apardığı danışıqlar və Ukraynaya bəzi silah növlərinin tədarükünün dayandırılması fonunda irəli sürüb. O, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib:

“Ukraynaya daha çox silah göndərməli olacağıq. Müdafiə silahları – onların özlərini qorumağa ehtiyacı var”, – Tramp bildirib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da Trampın göstərişi ilə Ukraynaya əlavə müdafiə xarakterli silahların göndərilməsini təsdiqləyib.

Lakin “Axios” qeyd edir ki, Trampın administrasiyası hazırda ABŞ-ın özündə “Patriot” raketlərinin ehtiyatlarının azaldığını nəzərə alaraq, bu sistemlərin Avropadan təmin olunmasına üstünlük vermək istəyir. Bu səbəbdən də Avropa ölkələrinin Ukraynaya hərbi yardımda öz paylarını artırması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR