İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan böhran anonsu: Gələn həftə...

ABŞ prezidenti Donald Tramp gələn həftə hökumətin fəaliyyətinin dayandırılmasının “baş verə biləcəyini” bildirib. O, Konqresdəki demokratları “dəli” adlandıraraq onların iki aylıq maliyyələşmənin uzadılmasını dəstəkləmədiyini, bunun səbəbi kimi isə səhiyyə subsidiyalarının azaldılması ilə bağlı narahatlıqları göstərib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Demokratlar bəyan ediblər ki, əgər səhiyyə sistemində bahalı dəyişikliklər edilməsə, o cümlədən ilin sonunda müddəti başa çatan Əlverişli Tibbi Xidmətlər Qanunu (Obamacare) üzrə genişləndirilmiş subsidiyaların uzadılması təmin edilməsə, hökumətin maliyyələşdirilməsinə səs verməyəcəklər.

Tramp isə demokratların əslində “sərhədi açmaqla cinayətkarların ölkəyə daxil olmasını istədiklərini” iddia edib və onların qeyri-qanuni miqrantlara pulsuz tibbi yardım təmin etməyə çalışdıqlarını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR