İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Çinə sərt xəbərdarlıq: “Razılaşmanı pozdular, yaxşı oğlan obrazı bitdi”

ABŞ Prezidenti Donald Tramp Çinin iki həftə əvvəl ciddi iqtisadi çöküşlə üz-üzə qaldığını bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edərək Pekinin ABŞ-la bağladığı razılaşmanı pozduğunu bəyan edib.

"Yüksək gömrük rüsumları ticarəti demək olar ki, mümkünsüz etdi. Biz Çinlə ticarət əlaqələrimizi kəskin şəkildə kəsdik. Bu, onlar üçün sarsıdıcı zərbə oldu – zavodlar bağlandı, daxili iğtişaşlar başladı. Mən onları xilas etmək üçün təcili razılaşma imzaladım və vəziyyət sabitləşdi," – deyə Tramp qeyd edib.

Lakin onun sözlərinə görə, Çin tərəfi həmin razılaşmanı tam şəkildə pozub: “İndi isə hər şey bitdi. Artıq ‘yaxşı oğlan’ obrazı yoxdur. Çin anlaşmanı pozdu!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR