Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın dəvəti ilə Suriya Prezidenti Əhməd Əş-Şara ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kərrolayn Livitt “X” sosial şəbəkəsində paylaşıb.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da telefon vasitəsilə iştirak edib. Ərdoğan Trampın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını yüksək qiymətləndirib və Səudiyyə Ərəbistanı ilə birgə Suriyada sülh və rifaha töhfə verməyə hazır olduğunu bəyan edib. Vəliəhd şahzadə Trampın bu addımını “cəsur qərar” adlandıraraq təşəkkür edib.
Prezident Tramp isə Ərdoğan və vəliəhdə dostluqları üçün təşəkkür edərək, Əş-Şaraya ölkəsində “tarixi bir şey etmək” imkanı olduğunu bildirib. O, Suriya Prezidentini aşağıdakı addımları atmağa çağırıb:
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ