Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Kaliforniyada nəzarətdən çıxan vəziyyətə görə Los-Ancelesə minlərlə hərbçi göndərib.
Musavat.com bildirir ki, i, bu addımı atmasaydı, şəhərin “yanıb kül olacağını” bəyan edib.
Tramp bildirib ki, son üç gecə ərzində şəhərə göndərilən federal qüvvələr sayəsində Los-Anceles tam dağılmaqdan xilas olub:
“Əgər bu şəhərə hərbçiləri göndərməsəydim, Los-Anceles indi 25 min evin yandığı bir cəhənnəmə çevrilmişdi. Bu, tamamilə bacarıqsız qubernator və merin günahıdır. Üstəlik, bu evlər üçün federal icazələrin alınması artıq bitmək üzrədir, amma yerli və ştat səviyyəsindəki sadə icazələr hələ də xaos içindədir. Bütün sistem çöküb və bu, uzun müddət belə davam edəcək”.
Trampın bu açıqlamasından az sonra ABŞ müdafiə naziri Pit Hegset fövqəladə addım ataraq şəhərə 700 dəniz piyadasının (marines) göndərildiyini təsdiqləyib. Rəsmi açıqlamaya görə, onların əsas vəzifəsi “nizam-intizamın bərpası”dır.
Eyni zamanda Kaliforniya qubernatoru Qəvin Nyusom Trampın göstərişi ilə əlavə 2000 nəfərlik Milli Qvardiya qüvvələrinin də şəhərə yola salındığını bildirib. Ancaq Nyusom vəziyyətin acınacaqlı olduğunu da etiraf edib:
“İlk göndərilən 2000 nəfərlik Milli Qvardiya əsgərləri hazırda qidasız və susuz vəziyyətdədir. Onlardan yalnız 300 nəfəri cəlb edilib, qalanları federal binalarda əmr gözləyir”.
Hazırda Los-Ancelesdə vəziyyətin gərgin olduğu, nümayişlərin davam etdiyi bildirilir. ABŞ prezidenti sərt tənqidlərə baxmayaraq, fövqəladə tədbirlərin davam etdiriləcəyini açıqlayıb.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ