Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini açıqlayıb. ABŞ lideri Yaxın Şərqdəki münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə o, “Truth Social” şəbəkəsində yazıb.
"Atəşkəs rejimi qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın! Donald Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti!" - Tramp deyib.
İqbal RZAYEV,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ