İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Rusiya ilə bağlı ŞOK QƏRAR: Kəşfiyyat məlumatları Ukraynaya ötürüləcək

“The Wall Street Journal”ı yazır ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın enerji infrastrukturuna raket hücumları üçün Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinə razılıq verib.

Musavat.com xəbər verir ki, prosesdə ABŞ-nin kəşfiyyat agentlikləri və Pentaqon da iştirak edir.

Həmçinin NATO müttəfiqləri də bu prosesə qoşulmağa çağırılıb.

Məlumata görə, bu, ABŞ-nin ilk dəfə rəsmi şəkildə Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hədəflərə – neft emalı zavodlarına, boru kəmərlərinə və elektrik stansiyalarına uzunmüddətli zərbələr endirməsinə dəstək verməsi deməkdir.

Qərar Trampın Ukraynanın Avropa İttifaqının dəstəyi ilə “bütün ərazilərini geri qaytarmağa qadir olduğu” barədə bəyanatından əvvəl qəbul olunub.

Bundan əlavə, Kiyevə 800 kilometrədək mənzilli “Tomaqavk” və “Barrakuda” raketlərinin ötürülməsi məsələsi də müzakirə olunur, lakin bu barədə hələ yekun qərar verilməyib.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ hərbi kəşfiyyatı mövzu ilə bağlı şərh verməkdən imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR