İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın əli yenidən göyərib – ton kremi fiaskosu gündəm oldu

ABŞ prezidenti Donald Trampın əlində yenidən göyərti müşahidə olunub.

Musavat.com xəbər verir ki, Daily Beast nəşri Trampın qançırını gizlətmək üçün istifadə olunan ton kreminin uğursuz alındığını yazıb.

Məlumata görə, prezidentin mətbuat katibi yaranın səbəbini “tez-tez edilən əl sıxmalar”la izah edib. Lakin jurnalistlər prezidentin əlindəki hematomanın xüsusilə sonuncu tədbirdə – Ağ Evin yaxınlığındakı təhsil muzeyində keçirilən sərgiyə səfəri zamanı daha qabarıq göründüyünü qeyd ediblər.

Xəbərdə bildirilir ki, Trampın əlindəki ton kremi yaxşı yayılmadığından göyərti daha da nəzərə çarpıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR