Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın ticarət tərəfdaşlarına tətbiqa edəcəyi rüsumlardan on il ərzində təxminən 6 trilyon dollar gəlir əldə etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.
O, Fox News-a müsahibəsində deyib: "Tariflər ildə təxminən 600 milyard dollar gəlir gətirəcək, bu, 10 il ərzində 6 trilyon dollar deməkdir".
Navarro əlavə edib ki, Birləşmiş Ştatlar təkcə avtomobil tariflərindən təxminən 100 milyard dollar qazanacağını gözləyir. O, həmçinin qeyd edib ki, Tramp administrasiyası Amerika avtomobilləri alanlar üçün vergi güzəştləri tətbiq etmək niyyətindədir.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ