İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yaxın dostu Ukraynanın dron istehsalçılarını almaq istəyir

Amerikanın ən böyük özəl hərbi şirkətlərindən biri olan Blackwater-ın yaradıcısı Erik Prins dron istehsal edən Ukrayna şirkətlərini almaqda maraqlıdır.

Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın “The Guardian” qəzeti mənbələrə istinadən yayıb.

Mənbə nəşrə deyib ki, “Erik dron istehsal edən şirkətləri almağa hazırlaşır”: "Onların satılıb-satılmayacağı bəlli deyil. Ukraynalılar üçün bu şirkətlər indi strateji aktivlərdir".

Qeyd edək ki, Erik Prins prezident Donald Trampın yaxın çevrəsinə daxil olan, daim onu dəstəkləyən adamlardan biridir. Prins ona birinci və ikinci prezidentlik seçkilərində ciddi maliyyə dəstəyi göstərib.

Avqustun 30-da “The Daily Telegraph” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Avropa ölkələri ilə “təhlükəsizlik zəmanəti” vermək üçün Amerika özəl hərbi şirkətlərinin işçilərini Ukraynaya göndərmək imkanları barədə danışıqlar aparır. Ehtimal olunur ki, bu əməkdaşlar istehkamların və yeni hərbi bazaların tikintisi ilə, habelə Ukraynadakı Amerika bizneslərinin maraqlarını qorumaqla məşğul olacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR