İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dilinin 4500 illik izləri Kültepedən çıxır: Kayseridə tarix danışır - FOTO

Türkiyənin Kayseri vilayətində yerləşən və ölkənin ən uzunmüddətli arxeoloji qazıntı sahəsi olan Kültepe-Kaniş-Karum Ören Yeri tarixin dərinliklərinə işıq salmağa davam edir.

Musavat.com xəbər verir ki, 1948-ci ildən etibarən fasiləsiz şəkildə aparılan qazıntılar nəticəsində təxminən 4500 il əvvələ, Eski Tunç Çağına aid qatlarda, bu torpaqlarda məskunlaşan ilk ticarət mərkəzlərindən birinə dair əhəmiyyətli tapıntılar üzə çıxarılıb.

Arxeoloji qazıntılar yalnız Türkiyədən deyil, Güney Koreya, Yaponiya, ABŞ və İtaliya kimi ölkələrdən gələn beynəlxalq komandaların iştirakı ilə həyata keçirilir. Bu, qazıntıların yalnız regional deyil, qlobal əhəmiyyət daşıdığını da göstərir.

Ərazidə indiyədək 23 mindən çox çivi yazılı mixi yazı tablet tapılıb. Bu tabletlər, Asur ticarət koloniyası dövrünün gündəlik həyatına, iqtisadi əlaqələrinə və mədəniyyətinə dair geniş məlumat verir. Ən diqqətçəkən məqamlardan biri isə bu tabletlərdə “ekmek”, “şarap”, “yağ”, “göz” və “su” kimi sözlərin Asurca formalarının rast gəlinməsidir. Bu isə müasir Türk dilinin minilliklərə dayanan etimoloji zənginliyini və davamlılığını ortaya qoyur.

Kültepe təkcə Anadolu tarixinin deyil, Türk dilinin də qədim qatlarını öyrənmək baxımından unikal bir mərkəzə çevrilib. Bu kəşflər, Türk dilinin qədim dövrlərdəki mövcudluğu və inkişaf yolları haqqında yeni müzakirələrə yol açır.

Tarixin səssiz şahidləri olan bu torpaqlar, indi Türk kimliyinin və mədəniyyətinin minilliklər öncəsinə dayandığını sübut edən dəlillərlə doludur. Arxeoloqlar qazıntıların hələ uzun illər davam edəcəyini və daha çox sirlərin gün üzünə çıxacağını bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR