İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk düşmənçiliyi Rusiyanın genindədir, vətənə qayıdın" - Sabir Rüstəmxanlıdan ÇAĞIRIŞ

"Rusiyada baş verənlər azərbaycanlılara tanış mənzərələrdir. Bizim xalq istər çar, istərsə də sovet Rusiyasının hər üzünü görüb. Adlar dəyişib, amma Rusiyanın başqa millətlərə qarşı dözümsüz münasibəti, onların torpaqlarını işğal edib sonra xalqlarına zülm etmək siyasəti dəyişilməyib".

 Bunu Musavat.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Rusiya SSRİ- nin dağılmasından sonra qəzəblidir: "1990- cı ildə baş verən 20 Yanvar hadisəsi bunu göstərdi. Baxmayaraq ki, Azərbaycan İkinci Dünya Müharibəsində sovet Rusiyasının faşizm üzərində qalib gəlməsində həlledici rol oynamışdı, bunu belə nəzərə almadılar. Almanların Rusiya şəhərlərində törətmədikləri vəhşilikləri Bakıda etdilər.

Rusiya miqrantların hesabına yaşayır, onlara ehtiyacı var. Bununla yanaşı “OMON”çular öz vəhşiliklərini də saxlayırlar. Bu cinayətin arxasında Rusiya dövləti dayanır. Rusiya dövlətinin icazəsi olmasa, nə bizim təyyarəmiz vurulardı, nə də rus televiziyalarında bizə qarşı 30 il ərzində aşağılayıcı, həqiqətdən uzaq əks- təbliğat gedərdi. Əks- təbliğat bu gün də davam edir. Rusiya 100 illər boyu türkləri sevməyib. Türk düşmənçiliyi Rusiyanın psixologiyasındadır. Xalqımız yaşananlardan bir nəticə çıxarmalıdır. 

Rusiya öz qardaşı Ukrayna ilə savaşan dövlətdir. Onun torpaqlarını işğal etmək istəyir. Bizim Rusiyadakı gəncləri zorla müharibəyə aparmaq istəyirlər.Mən səsləyirəm ki, onlar vətənə qayıtsınlar. Ölümlə, vəhşiliklə qarşılaşmaq riski var”.

sabir_u52gou2.jpg (335 KB)

Millət vəkili Fazil Mustafa deyir ki, Yekatrinburqda azərbaycanlılara qarşı baş verənlər siyasi xarakter daşıyır: “Azərbaycanlılara qarşı belə münasibətin göstərilməsi ola bilməz ki, adi bir proses olsun. Burada birbaşa adam öldürməyə təşəbbüs göstərilib və öldürüblər. 5 nəfərə yaxın adamın ölümü elə belə məsələ deyil.  Çox ciddi rezonans doğurub. Bu, təyyarə hadisəsindən sonra ikinci böyük skandaldır. Hər halda Azərbaycan tərəfinin bu məsələdə sərt mövqe sərgiləməsi başa düşüləndir. Bu, Rusiya ilə bizim münasibətlərə ciddi zərbə vura biləcək addımlardır. Məsələ ətrafında münasibətlər aydınlaşdırılmalıdır.  Rusiya nə istəyir? Doğurdanmı Azərbaycana qarşı mənasız addım atmağı özü üçün prioritet sayır, yaxud da məqsəd güdür. Onsuz da Rusiyanın bu dəqiqə düşmənləri çoxdur. Özünə yeni bir düşmən və ya arzu olunmayan bir münasibət formalaşdırmağa çalışır. Bu məsələ aydınlaşdırılmalıdır”. 

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Qətlə yetirilən şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

1680028180_420221320_0_0_2001_1125_1920x0_80_0_0_900480207b272ff3a1cd8c9676b59cda.jpg (191 KB)

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR