Onlayn ictimai-siyasi qəzet
İstanbul–Antalya reysini yerinə yetirən “Turkish Airlines”a məxsus “Boeing 777” təyyarəsində enişdən dərhal sonra texniki nasazlıq baş verib.
Musavat.com xəbər verir ki, təyyarə eniş zolağına çatan kimi hidravlik sistemdə yaranan nasazlıq nəticəsində güclü tüstülənmə qeydə alınıb.
Tüstülənməyə görə təyyarədə fövqəladə vəziyyət rejimi işə salınıb və bütün sərnişinlər şişmə təxliyə trapları vasitəsilə təcili şəkildə boşaldılıb.
Antalya hava limanı əməkdaşları və fövqəladə xidmətlər hadisəyə dərhal müdaxilə edib. İnsident zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. İlkin versiyaya görə, tüstülənməyə səbəb hidravlik sistemdəki nasazlıq olub.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ