Onlayn ictimai-siyasi qəzet
Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xətdində iyulun 31-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ