Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 22:18
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Fabiano Leysman (62-ci dəqiqə) və Monçu (90-cı dəqiqə) fərqlənib. Naxçıvan klubunun heyətində isə Çarles Boli (11-ci dəqiqə) və Felipe Santos (38-ci dəqiqə) rəqib qapısının torunu silkələyib.
"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.
@@TVmusavat/122913@@
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.
"Report"un məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.
"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos penaltidən fərqlənib - 2:0.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) matçında hesab açılıb.
"Report"un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.
Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.
"Report"un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ