İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Krımda neft anbarını partlatdı

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Krımda - Feodosiyada neft anbarına dron zərbəsi endirib.

Musavat.com xəbər verir ki, məlumatı Krımın qubernatoru Sergey Aksyonov Telegramda açıqlayıb: "Düşmən PUA-sı Feodosiyadakı neft anbarına hücum etdi. Bu, yanğına səbəb oldu".

Region qubernatorunun sözlərinə görə, xəsarət alan olmayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ötən gün axşam saatlarında Krım üzərində 17, Qara dəniz üzərində isə 15 pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat vermişdi. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR