Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp sülh prosesindəki roluna görə Misir və İsraildən ali mükafatlar alacaq.
Musavat.com xəbər verir ki, Misir Prezidenti Trampı “Nil ordeni” ilə təltif etməyə qərar verib. Qahirə bu addımı Trampın bölgədə sülh təşəbbüslərinə verdiyi töhfəyə və “ədalətli vasitəçi” roluna görə atır.
Bundan əlavə, İsrail də ABŞ Prezidentini özünün ən yüksək dövlət ordeni ilə mükafatlandırmağı planlaşdırır.
Məlumata görə, bu addımlar Trampın Nobel Sülh Mükafatına layiq görülməməsinə “kompensasiya” kimi qiymətləndirilir.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ