İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd əş-Şaraanın 55 min dollarlıq saatı ETİRAZLARA SƏBƏB OLDU - FOTOLAR

Suriyanın prezidenti Əhməd əş-Şaraa son günlərdə təxminən 55 min dollar dəyərində olan “Patek Philippe World Time Chronograph Ref. 5930G” markalı saatla çəkilmiş görüntüləri ilə gündəmə gəlib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Lüks brendin 2016-cı ildə təqdim etdiyi bu model, dünya vaxtı funksiyasını xronoqraf mexanizmi ilə birləşdirən ilk müasir dizayn kimi tanınır. Qeyd olunur ki, saatın gövdəsi ağ qızıldan hazırlanıb və yüksək dəqiqlikli mexaniki sistemə malikdir.

Lakin müharibə və iqtisadi böhranla üz-üzə olan Suriyada prezidentin belə bahalı aksessuar taxması ictimai qəzəbə səbəb olub. Sosial media istifadəçiləri lideri “xalqın vəziyyətindən uzaq olmaqda” və “lüks həyat tərzi sürməkdə” ittiham ediblər.

Bəzi analitiklər bildirirlər ki, bu cür simvolik detallar ölkədə sosial gərginliyi daha da artırır. Beynəlxalq müşahidəçilər isə vurğulayırlar ki, liderlərin şəxsi davranışları və görüntüləri, xüsusilə ağır sosial vəziyyətlərdə, ictimai etimadın formalaşmasında mühüm rol oynayır.

Hazırda Suriyanın rəsmi orqanları məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR