İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad edilmiş girovlardan ibarət ilk qrup İsrailə çatdı

Səkkiz girovdan ibarət qrup artıq İsrail ərazisinə daxil olub. Bu barədə İsrail ordusu — ÇAXAL məlumat yayıb.

Musavat.com xəbər verir ki, ordunun məlumatına əsasən, azad olunan şəxslər ilkin tibbi müayinədən keçiriləcək və daha sonra ailələri ilə görüşəcəklər. Görüşlər Qəzza zolağının yaxınlığında yerləşən qəbul məntəqəsində baş tutacaq.

ÇAXAL nümayəndələri bildiriblər ki, hazırda ailə üzvləri xəstəxanalarda gözləyirlər və onlara vəziyyət barədə mütəmadi məlumat verilir. Ordu həmçinin Qızıl Xaç tərəfindən azad ediləcək digər girovları qəbul etməyə tam hazır olduğunu açıqlayıb.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR