İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı yeni müxalifət hərəkatı yaradılıb

İrəvanda oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizim yol” hərəkatının qurultayı keçirilib.

Musavat.com xarici mediaya istinadla əbər verir ki, təşkilatın koordinatoru və onun liderinin qardaşı oğlu Narek Karapetyanın bildirdiyinə görə, son altı həftə ərzində onlara 5000 könüllü qoşulub. Onlar gələn həftə liderlərinə dəstək aksiyası keçirməyi planlaşdırırlar.

Tərəfdarları qarşısında çıxış edən N.Karapetyan əminliklə bəyan edib: “Əgər bizim tərəfdarlarımızın sayı eyni sürətlə artmaqda davam edərsə, qarşıdakı aylarda on minlərlə insanımız olacaq və bu, geridönməz dəyişikliklərə doğru böyük addımdır”.

Karapetyan deyib ki, komanda gəncdir və onlar ardıcıl olacaqlar, vətənin namususunu qoruyacaqlar, hərəkatın ideyaları və proqramları ilə Ermənistanı nümunəvi ölkəyə çevirəcəklər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR