İnsanlara hürriyət, millətlərə istiqlal!

"Oqtaya cinayət işi açıldı"

Bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 

Musavat.com xəbər verir, bu haqda Aysel özü məlumat yayıb.

O bildirib ki, Oqtaya cinayət işi açıblar:

"Növbəti zəfər... Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. Belə ki, CM-in 147.1 və 148-ci maddələri üzrə Oqtay Əhmədovun hüquqa zidd əməllərinə dair şikayət ərizəmizin məhkəmə baxışına verilməsi və cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılması qərara alındı".

Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu bildirmişdi.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR