Onlayn ictimai-siyasi qəzet
"İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən?"
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqalla bağlı deyib.
Sənətçi "Qonaqcanlı" verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini bildirib və qalmaqala son qoyub:
"Ayan çıxdı efirdə dedi ki, dəvətnamə almışam və uşağımın məktəbinə görə gəlmədim. Qızı Selenanın toyuna gedəcəyəm. Bizim yalnız dostluğumuz, sənət münasibətimiz olub. Hərdən yozurlar, bu da məni qıcıqlandırır. Ayıbdır, yaşıma, başıma, sənətimə, yaşayışıma yaraşmaz. Heç Ayana da yaraşmaz. Məndən kiçikdir. Həmkarlarıma pis gözlə baxmamışam".
Könül
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ