İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişini sancan ilan ÖZÜ ÖLDÜ - ŞOK

Xorvatiyada 42 yaşlı Ştef Raduliçin başına inanılmaz hadisə gəlib.

Musavat.com xəbər verir ki, o, spirtli içki qəbul etdikdən sonra gəzintiyə çıxıb və bu zaman gözlənilmədən gürzə ilə qarşılaşıb. Raduliçin sözlərinə görə, ilan onun çox yaxınından keçdiyi üçün özünü müdafiə məqsədilə ayağından sancıb.

“Bir anda iti ağrı hiss etdim, anladım ki, ilan məni sancıb. Lakin bir neçə saniyə sonra ilan yerində çırpınmağa başladı, sanki özü də nəsə hiss edirdi”, – deyə, Raduliç bildirib.

O, hadisədən sonra ilanı baytara aparmaq istəsə də, gürzə yolda tələf olub. Baytar müayinəsi zamanı ilan qanında yüksək miqdarda spirt – 5,1 qram/kq aşkar edilib.

Tibb mütəxəssisləri bildiriblər ki, Raduliçin qanındakı alkoqol ilan zəhərinin təsirini zəiflədib və bu, onun həyatını xilas edib. Başqa sözlə, spirt onun orqanizmində zəhəri neytrallaşdırıb.

Hadisədən sonra Raduliç yerli mediaya gülərək bildirib:

“İndi həkimdən rəsmi sənəd istəyirəm ki, spirt mənim həyatımı xilas edib. Bəlkə o zaman arvadım bu mövzuda mənə irad tutmaz.”

Maraqlı məqam odur ki, ilan zəhəri təsir göstərməsə də, spirtin dozası gürzə üçün ölümcül olub. Hadisə sosial şəbəkələrdə böyük maraq doğurub və “ilanı öldürən içki” kimi müzakirə edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR