İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS: “Heç bir girov bizdə qalmayıb”

HƏMAS hərəkatının nümayəndəsi bildirib ki, artıq onların nəzarətində heç bir girov qalmayıb. Bütün saxlanılan şəxslər İsrail tərəfinə təhvil verilib.

Musavat.com xəbər verir ki, hərəkatın açıqlamasına görə, son qrup girovlar Qızıl Xaç nümayəndələrinə təhvil verilib və onlar vasitəsilə İsrailə çatdırılıb.

İsrail televiziyasının məlumatına əsasən, ikinci qrupdan olan 13 nəfərlik girov qrupu da artıq Qızıl Xaçın əməkdaşlarına təhvil verilib.

Beləliklə, HƏMAS-ın əlində girov kimi saxlanılan bütün şəxslərin azad edildiyi bildirilir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR