İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Moskvanın “qulağının dibində” zavodu vurdu


Bu gün Ukrayna Rusiya paytaxtı Moskvanın 72 km-liyində yerləşən müdafiə sənayesi müəssisəsinə zərbə endirib.

Musavat.com Unian-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə “Tətbiqi Kimya Elmi-Tədqiqat İnstitutu” Federal Elmi-İstehsalat Mərkəzi” ASC-yə bir neçə dronla hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, Moskva vilayəti, Sergiev Posad şəhərində yerləşən müəssisəə hazırda xüsusən də Şahed PUA-ları üçün termobarik döyüş başlıqlarının istehsalı ilə məşğuldur: "Məhvedici vasitələrimizin birbaşa hədəfə çatması təsdiqlənib. Obyektin ərazisində yanğın və güclü tüstü qeydə alınıb. Dağıntının nəticələri dəqiqləşdirilir".

Qeyd edək ki, Rusiya tərəfi Sergiyev Posada dron hücumunu təsdiqləsə də, onun hədəfini açıqlamayıb. Bildirilir ki, hücum nəticəsində yarımstansiya zədələnib, şəhərin əksər hissəsi işıqsız qalıb. Rusiya telegram kanalları isə şəhərin sənaye hissəsində yanğın və qatı tüstü barədə paylaşımlar edirlər.
Sergiev Posadda çoxsaylı müəssisələr yerləşir. Ukraynanın hədəf aldığı Federal Elmi-İstehsalat Mərkəzi Tədqiqat Tətbiqi Kimya İnstitutu Rusiyada hərbi və mülki məqsədlər üçün pirotexniki məhsulların hazırlanması, istehsalı və utilizasiyası üzrə aparıcı müəssisədir. Bundan əlavə, Sergiev Posadda 10-dan çox fabrik və müəssisə fəaliyyət göstərir. Ən böyüklərindən biri xüsusi təyinatlı avadanlıq, o cümlədən tikinti metal konstruksiyaları istehsal edən Maşınqayırma Zavodu (MZ) və optik və optik-elektron cihazları işləyib hazırlayan və istehsal edən Zaqorsk Optik-Mexanika Zavodudur (ZOMZ).

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR