Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın bu gün İstanbulda keçirilən görüşləri 2022-ci il danışıqları ilə eyniləşdirmək cəhdlərinə sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Yermak bunun mümkün olmadığını və keçmişlə paralel aparmağın mənasız olduğunu bildirib.
“Ruslar bu günü 2022-ci ilə bağlamağa çalışırlar. Lakin bu danışıqlarla həmin dövrü əlaqələndirən yeganə element şəhər olaraq İstanbuldur. Bundan başqa heç bir oxşarlıq yoxdur. Rusiyanın bu cəhdləri nəticəsiz qalacaq,” – deyə Yermak açıqlamasında bildirib.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ