İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün qorxulu xəbər – ABŞ yenə fasilə verir

American Conservative jurnalının yazdığına görə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşə bilər. ABŞ-ın Kiyevə silah tədarükündə yenidən fasilə verməsi gözlənilir.

Musavat.com bildirir ki, jurnal bu qərarın əsas səbəbi kimi ABŞ müdafiə-sənaye kompleksinin həddindən artıq yüklənməsini göstərir. Vaşinqton eyni anda müxtəlif regionlarda – Avropadan Asiyaya qədər – ABŞ ordusunun döyüş hazırlığını təmin etməyə çalışır. Bu isə resursların bölüşdürülməsində ciddi çatışmazlıqlara səbəb olur.

American Conservative-in köşə yazarı sərt şəkildə qeyd edir:

“Amerika hələ də hər yerdə və daim mövcud ola biləcəyinə dair illüziyalarla özünü ovundurur. Ancaq bu yanaşma artıq çoxqütblü dünyada köhnəlib.”

Bu xəbər Ukrayna üçün təkcə hərbi baxımdan deyil, həm də siyasi cəhətdən ciddi həyəcan siqnalıdır. Çünki ABŞ-ın silah və maliyyə dəstəyi Kiyev üçün həyati əhəmiyyət daşıyır. ABŞ-ın döyüş sursatı istehsalında və logistik imkanlarında yaranan hər hansı fasilə Ukraynanın cəbhədəki mövqelərini zəiflədə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR