Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya rəsmiləri ilə Türkiyədə keçiriləcəyi bildirilən görüşlə bağlı yayılan xəbərləri təkzib edib.
Musavat.com bildirir ki, Türkiyə mediası 15-16 aprel tarixlərində Rusiya və Ukrayna nümayəndələri arasında Ankara və ya İstanbulda görüş keçiriləcəyini iddia etmişdi. Lakin Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa bu xəbərləri əsassız adlandırıb.
TSN kanalına açıqlamasında Sibiqa bildirib:
“Yayılan bu bəyanatlar həqiqəti əks etdirmir, belə bir görüş planlaşdırılmır.”
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda bu cür diplomatik təşəbbüslər vaxtaşırı gündəmə gəlsə də, tərəflər arasında birbaşa rəsmi danışıqlar uzun müddətdir baş tutmur.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ