İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada 18–24 yaşlı kişilərlə bağlı QƏRAR verilə bilər... - SON DƏQİQƏ

Ukraynada 18–24 yaşlı kişilərin ölkədən çıxışına qoyulan məhdudiyyətlərin yumşaldılması məsələsi gündəmdədir.

Musavat.com-un xəbərinə əsasən, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk məlumat verib.

Onun sözlərinə görə, bu məsələ parlamentin müvafiq strukturlarında, o cümlədən milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsində aktiv şəkildə müzakirə olunur.

Stefançuk qeyd edib ki, hazırda bəzi deputatlar qüvvədə olan qanunvericiliyin daha liberal bir formaya salınması istiqamətində təşəbbüslər irəli sürürlər. Onlar müharibə şəraitində ölkəni tərk etməyə icazə verilə biləcək istisna halları, təhsil, səhiyyə və ailə vəziyyəti kimi meyarlar əsasında yeni mexanizmlərin hazırlanmasını təklif edirlər.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət elan olunduqdan sonra 18–60 yaş arası kişilərin ölkədən çıxışına ciddi məhdudiyyətlər tətbiq olunub. Lakin bu qərar bəzən beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən insan haqları və azadlıq prinsipləri baxımından tənqid edilir.

Parlament sədrinin sözlərinə görə, istənilən dəyişikliklər balanslı şəkildə və milli təhlükəsizliyi nəzərə almaqla həyata keçirilməlidir. Ruslan Stefançuk əlavə edib ki, məqsəd həm gənclərin hüquqlarını qorumaq, həm də ölkənin müdafiə qabiliyyətini zəiflətməməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR