Onlayn ictimai-siyasi qəzet
Ukrayna hakimiyyəti Rusiya ordusunun hücumları fonunda Sumı vilayətində yerləşən 11 yaşayış məntəqəsinin təxliyə olunması barədə qərar verib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna tərəfi rəsmi açıqlama yayıb.
Qərarın verilməsinə səbəb Rusiya qüvvələrinin bölgəyə intensiv artilleriya zərbələri endirməsi və dinc əhalinin həyatına real təhlükə yaranmasıdır. Evakuasiya qərarı ilə minlərlə insan daha təhlükəsiz bölgələrə köçürüləcək.
Ukrayna rəsmiləri bildiriblər ki, hazırda ərazidə humanitar dəhlizlər təşkil olunur və əhalinin köçürülməsi üçün mülki müdafiə qüvvələri səfərbər edilib. Təhlükəsizlik səbəbilə evakuasiya olunan kəndlərin adları hələlik açıqlanmayıb.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ