İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hərbi vəziyyət və səfərbərlik yenidən uzadılır – artıq 16-cı dəfə

Ukrayna parlamenti – Ali Rada ölkədə tətbiq olunan hərbi vəziyyət və ümumi səfərbərliyi yenidən uzadacaq.

Musavat.com xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat paylaşıb.

Deputatın sözlərinə görə, yeni qərar 90 gün müddətinə – 7 avqust 2025-ci ildən 5 noyabr 2025-ci ilədək qüvvədə olacaq. Bu, 2022-ci ilin fevralında Rusiya ilə müharibənin başlamasından sonra hərbi vəziyyətin və səfərbərliyin ardıcıl 16-cı uzadılması olacaq.

Qanun layihələrinin yaxın günlərdə parlamentdə səsverməyə çıxarılacağı gözlənilir və onların təsdiqlənəcəyi də demək olar ki, şübhə doğurmur.

Ukrayna hökuməti bildirir ki, ölkənin müdafiə qabiliyyətinin saxlanılması, ordunun ehtiyat qüvvələrlə təmin edilməsi və təhlükəsizlik tədbirlərinin davam etdirilməsi üçün bu addım zəruridir. Səfərbərlik çərçivəsində həmçinin yaş məhdudiyyətlərinə və xidmət qaydalarına dair dəyişikliklərin tətbiqi də gündəmdədir.

Xatırladaq ki, hazırda Ukraynada minlərlə ehtiyatda olan vətəndaş cəbhə bölgələrinə çağırılır, yeni hərbi təlim mərkəzləri yaradılır və ölkənin müdafiə gücü artırılır. Bu qərar Rusiyanın davam edən hücumları fonunda qəbul edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR