Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən zərərsizləşdirilən rus bombardmançı təyyarələrinin əvəzlənməsi Rusiyaya illərlə vaxt aparacaq.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ekspertlərin fikrincə, məhv edilən Tu-95MS və Tu-22M3 tipli təyyarələrin sıradan çıxarılması Rusiyanın nüvə potensialına ciddi təsir göstərməyəcək. Çünki Rusiyanın əsas nüvə gücü yerüstü və sualtı raket sistemlərindən ibarətdir. Buna baxmayaraq, həmin təyyarələr uzun mənzilli aviasiya qüvvələrinin tərkibində idi və müharibə boyu fəal şəkildə istifadə olunurdu.
Britaniyada yerləşən RUSI analitik mərkəzinin aviasiya üzrə eksperti Castin Bronkun sözlərinə görə, bu itkilər “Rusiyanın onsuz da imkanlarının son həddində fəaliyyət göstərən əsas hərbi qüvvələrinə ciddi təzyiq yaradacaq”.
Digər bir ekspert – Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) əməkdaşı Duqlas Barri isə qeyd edib ki, sözügedən təyyarələr Sovet dövründə istehsal olunub və artıq onilliklərdir ki, yenidən buraxılmır: “Bu tip təyyarələrin yenidən istehsalı isə olduqca az ehtimallıdır”.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ