İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ: Krımın ən iri neft bazası 4 gündür YANIR, Rusiya GERİLƏDİ

Musavat.com xəbər verir ki, işğal olunmuş Feodosiya şəhərində yerləşən böyük neft bazasında yanğın hələ də davam edir.

Obyekt 6 oktyabr gecəsi Ukrayna müdafiə qüvvələrinin zərbəsinə məruz qalıb. “Kırım küləyi” (“Крымский ветер”) kanalı hadisə yerindən çəkilmiş yeni videolar yayıb. Kadrlarda magistral yoldan keçən avtomobildən çəkilmiş görüntülərdə bazanın üzərində qalxan nəhəng tüstü sütunları açıq görünür.

Planet Labs şirkətinin “Azadlıq Radiosu”na təqdim etdiyi peyk şəkillərinə əsasən, yanğından qalxan tüstü 12 kilometrə qədər məsafəyə yayılıb.

Mənbələr bildirir ki, sözügedən obyekt Krımın ən böyük neft bazası hesab olunur və işğalın ilk günlərindən etibarən Rusiya ordusunun yanacaq-logistika təminatında əsas rol oynayırdı.

Hadisə nəticəsində çoxsaylı yanacaq çənləri tamamilə məhv olub, ərazidə partlayışlar davam edir.

Qeyd olunur ki, Ukrayna ordusunun son həftələrdə Qara dəniz akvatoriyasında və Krım yarımadasında həyata keçirdiyi zərbələr Rusiya hərbi infrastrukturu üçün ən ağır itkilərdən biri kimi qiymətləndirilir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR