Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosu dövlətə xəyanət ittihamı ilə 2024-cü ilin noyabrından həbsdə olan Ali Radanın hazırkı deputatının yeni cinayətlərdə ittiham edildiyini açıqlayıb.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, söhbət Yevgeni Şevçenkodan gedir.
İstintaqın məlumatına əsasən, deputat Rusiya Federasiyasına işləyib: o, 24 fevral 2022-ci ildən sonra Kreml təbliğatının yalanlarını kütləvi şəkildə yayaraq ukraynalıları silahı yerə qoymağa çağırıb və Ukrayna müdafiə qüvvələrini gözdən salmağa çalışıb.
Toplanmış sübutlar əsasında Yevgeni Şevçenkoya qarşı Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi üzrə əlavə ittiham irəli sürülüb (hərbi vəziyyət şəraitində dövlətə xəyanət).
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ