İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı gözəl həyat yoldaşının "Neftçi"yə transferindən danışdı: Bir həftə ağladım - FOTOLAR

"Azərbaycandan təklif bizim üçün tamamilə gözlənilməz oldu. Biz artıq məişətimizi qaydaya salmışdıq və köçmədən bir ay əvvəl bizim üçün vacib olan bir qərar verdik. Yəqin ki, hər şeyi qabaqcadan bilsəydik, bu qərarı verməzdik".

Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna mətbuatına açıqlamasında "Neftçi"nin futbolçusu Andrey Ştoqrinin həyat yoldaşı Mariya Ştoqrina deyib.

O, “Neftçi”yə keçid barədə xəbər tutanda verdiyi ilk reaksiyadan da danışıb:

"Açığı desəm, bir həftə ağladım (gülür). Bütün həyatım Odessada idi: məktəbdə müəllim işləyirdim, dostlarım, ailəm var idi, dolu-dolu bir gündəlik həyatım vardı. Bütün bunlardan imtina etmək çox çətin idi".

O, Andrey üçün bu qərarı verməyin olduqca çətin olduğunu, lakin həmin dövrdə onu dəstəklədiyini deyib:

"Çətin idi, çünki bu, tamamilə yeni bir şey idi. Bu, Ukraynadakı başqa bir şəhər deyildi ki, hər şey tanış olsun. Mənim dəstəyim ondan ibarət idi ki, o, futbolla məşğul olurdu, mən isə köçümüz və məişət məsələləri ilə. Mən hələ bir ay ərzində pişiyimiz üçün sənədləri hazırlayırdım, əşyaları toplayırdım, bütün işlərimizi bağladım və yalnız bundan sonra onun yanına gəldim.

Mariya Azərbaycana necə uyğunlaşmalarından da bəhs edib:

"Şikayət etməyi xoşlamıram. Bəli, çətin idi, amma öyrəşdik. Bir çox məişət məsələləri Odessaya nisbətən daha mürəkkəb oldu. Şəhər çox gözəldir! Bura köçəndə təsəvvür belə etmirdim ki, bu qədər gözəl ola bilər. Düşünürdüm ki, hansısa bir kəndə gedirəm. İndi isə kiməsə Bakının gözəlliyini danışıram, heç kim inanmır (gülür). Yaşadığımız ərazi də Odessada yaşadığımız yerə çox bənzəyir, bu da uyğunlaşmağımıza həqiqətən kömək edir. Hər zaman evdə yeyirik, çünki onların yeməklərinə öyrəşə bilmədim. Bakıda ümumiyyətlə daha çox “ev adamı” olduq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR