Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibənin davam etməsinə dözümlü yanaşanların sayı artıb.
Musavat.com xəbər verir ki, iyun 2025-də ukraynalıların 60 faizi “müharibəni nə qədər lazımdırsa, o qədər də davam etdirməyə hazır” olduqlarını bildirib. Halbuki bu rəqəm mart ayında 54 faiz idi. Maraqlıdır ki, 2024-cü ilin mayından 2025-ci ilin martına qədər bu göstərici davamlı şəkildə azalmış və 71-73 faizdən 54 faizə enmişdi.
Yeni statistikaya görə, yaş fərqindən asılı olmayaraq bütün yaş kateqoriyalarında respondentlərin yarıdan çoxu müharibəyə dözümlü yanaşdığını ifadə edib. Ən az dəstək 40-49 yaş arası qrupda qeydə alınıb – 52 faiz. Ən yüksək göstərici isə 50 yaşdan yuxarı olanlar arasında müşahidə olunub – 64 faiz.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ