İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayen: “Bu həftə Ukrayna üçün həlledici olacaq”


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə Romada görüş keçirib. Görüşdə ticarət münasibətləri və Ukraynada davam edən müharibə əsas müzakirə mövzusu olub.

Musavat.com xəbər verir ki, fon der Lyayen çıxışı zamanı Ukrayna üçün qarşıdakı həftənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Bizi ədalətli və davamlı sülhə can atmaq birləşdirir. Mən bu müharibəni dayandırmaq yolunda sizin fəallığınızı yaxşı bilirəm və bunun üçün sizə təşəkkür edirəm,” – deyə o, ABŞ-ın vitse-prezidentinə müraciətində bildirib.

Fon der Lyayen vurğulayıb ki, indi vəziyyətin irəli aparılması olduqca vacibdir: “Düşünürəm ki, qarşıdakı həftə bu baxımdan həlledici olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR